📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhidin qardaşı doğuldu, onun adını qoydular

2022-05-30 22:11:00

Şəhidin qardaşı doğuldu, onun adını qoydular

Vətən müharibəsi şəhidi Ömər Rəhimlinin qardaşı dünyaya gəlib. 

Bu haqda paylaşımı sosial şəbəkə hesabında şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu edib.

Yeni doğulan körpəyə qardaşının adını veriblər.

Qeyd edək ki, şəhid Ömər Rəhimli Cəbrayılın, Qubadlının, Laçının, Zəngilanın, Xocavəndin, və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Şuşanın Daşaltı kəndi istiqamətində başlayan əməliyyatlarda fərqlənib. 

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. \\Azmedia.Az