📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhidlərə hörmətsizlik edən direktor CƏZALANDIRILDI - VİDEO

2022-10-20 16:01:00

Şəhidlərə hörmətsizlik edən direktor CƏZALANDIRILDI - VİDEO

İki həftə əvvəl Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmamasın ilə bağlı video yayılmışdı. Yayılan video ictimaiyyətdə ciddi tənqidlərə səbəb olmuşdu.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələni araşdırıb.

Hurriyyet.az-ın məlumatına görə, qurumun mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, araşdırma nəticəsində direktor və onun müavinlərinin əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdikləri ortaya çıxıb:

“161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib”.