📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhidlərimiz arasında 5 futbolçu da var

2022-09-17 09:26:00

Şəhidlərimiz arasında 5 futbolçu da var

Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçimiz müxtəlif vaxtlarda AFFA tərəfindən təşkil olunan liqaların və turnirlərin iştirakçısı olub. 

Hurriyyet.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 

Bunlar Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynovdur. 

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 77 hərbçimiz şəhid olub. 

Allah rəhmət eləsin!