📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səhiyyə nazirindən açıqlama 16 min nəfər yaralanıb

2024-06-17 00:15:14

Səhiyyə nazirindən açıqlama 16 min nəfər yaralanıb

Hurriyyet.az xəbər verir ki,Türkiyə Səhiyyə naziri Fahrettin Koca ölkə daxilində təxminən 16 min adamın qurbanlıq zamanı yaralanaraq sağlamlıq təşkilatlarına müraciət etdiyini bildirib.

                 “Naşı qəssablar” Qurban bayramının ilk günü xəstəxanaya yerləşdirilib
Nazir Koca sosial media hesabındakı paylaşımında bu sözləri deyib:“Bayramın ilk günü ölkə üzrə 1274-ü Ankara, 840-ı İstanbul, 416-sı İzmir olmaqla, ölkə üzrə təxminən 16 min insan qurbanlıq zamanı aldıqları xəsarətlər nəticəsində səhiyyə ocaqlarımıza müraciət edib. Kəsimin peşəkarlar tərəfindən həyata keçirilməməsi belə vəziyyətlərə gətirib çıxarır . "Buna diqqət etmələrini tövsiyə edirik. Təxminən 16 min insan bayramdan istədikləri qədər dad ala bilməyəcək. ."deyə nazir bildirib.