Səhiyyə nazirinə 3 yeni müavin təyin olundu
2022-02-04 09:48:00
Səhiyyə naziri Teymur Musayevə 3 yeni müavin təyin olunub.
Hurriyyet.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti müvafiq Sərəncamlarimzalayıb.
3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.