📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səhiyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

2021-11-02 15:11:00

Səhiyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Səhiyyə Nazirliyində yeni kadr təyinatı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Teymur Musayev Tural Babayevi özünə müşavir təyin edib. O, artıq vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, Tural Babayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.

Bu barədə ilk məlumatı unikal.org saytı yayıb.