📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub etdi

2022-07-21 23:32:00

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub etdi

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti turniri keçirilir.

Bu gün turnir çərçivəsində 3 turun oyunları baş tutub. Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov 4-cü turda bolqarıstanlı Veselin Topalovla heç-heçə etsə də, hazırkı dünya çempionu, niderlandlı Maqnus Karlsenlə qarşılaşmasını qələbə ilə başa vurub. Günün son oyununda isə şahmatçımız Fransanı təmsil edən Alireza Firuzcaya uduzub.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.

Turnir iyulun 25-dək davam edəcək.\\Redaktor