📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhriyar Rəhimov son mənzilə yola salındı - FOTOLAR

2023-08-26 19:34:53

Şəhriyar Rəhimov son mənzilə yola salındı - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan futboluna ağır itki üz verdi.

Azərbaycan milli komandasının sabiq üzvü Şəhriyar Rəhimov uzun sürən onkoloji xəstəlikdən sonra müalicə aldığı Türkiyədə dünyasın dəyişib.

"Rəvan", AZAL, "Karvan", "Kəpəz", "Səbail" və "Zirə" kimi klublarda çıxış etmiş Rəhimovla bu gün yaşadığı binada vida mərasimi keçirilib.

Mərhumla vida mərasimində ailə üzvləri ilə yanaşı AFFA, Peşəkar Futbol Liqasının rəsmiləri eləcə də digər klubların nümayəndələri və çox sayda futbolçu iştirak edib.

Şəhriyar Rəhimov Xırdalan qəbiristanlığında dəfn olunub.\\Sportinfo.az