📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şəki” dairəsindəki təmir niyə gecikir? - RƏSMİ CAVAB

2026-04-14 16:41:14

“Şəki” dairəsindəki təmir niyə gecikir? - RƏSMİ CAVAB

Bir müddətdir Bakının Nərimanov rayonunda Y.V.Çəmənzəminli və Albert Aqarunov küçələrinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində (məşhur "Şəki" restoranın yerində)  aparılan təmir işlərinin böyük hissəsi yarımçıq qalıb.

Bəs ərazidə niyə iş getmir?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı AAYDA-dan bildirildi ki, tikinti işlərinin 70 faizi başa çatıb:

"İş qrafikə uyğun aparılır və hər hansı gecikmə qeydə alınmayıb. Mövsümi hava şəraiti ilə bağlı işlər dayansa da yaxın günlərdə yenidən bərpa olacaq".