📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəki sakini üç aydır ki, sosial yardım ala bilmir

2022-04-05 15:16:00

Şəki sakini üç aydır ki, sosial yardım ala bilmir

Şəki şəhər Yeni Çələbixan qəsəbəsində 316 nömrəli evdə müvəqqəti məskunlaşan,  İsmayılov Murad Kamal oğlu Hürriyyətə mövcud problemi ilə bağlı şikayət ünvanlayıb. O aztəminatlı ailə olduğu üçün üç aydır ki, ünvanlı sosial yardım ala bilmir. Şəki sakini saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət ünvanlayıb:

"2022-ci ilin yanvar ayının 14-dən dövlətimizin ayrdığı ünvanlı sosyal yardım almaq üçün aidiyyatı qurumlara  müraciət etmişəm. Artıq bu ayın 14-də 3 ay olacaq ki, hələ də ünvanlı sosial yardım ala bilmirəm. Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar aparılmır. Səbəb də odur ki, üç ay bitəndən sonra yenidən sənəd toplanılması üçün vaxt uzadırlar. Dövlətimizin vətəndaşı üçün ayırdığı sosial yardım aztəminatlı ailəyə verilməsi üçündür, yoxsa xalqa zülm etmək üçün?... Xahiş edirəm ki, aidiyyatı qurumlara müraciətimizi araşdırsınlar".

 

YƏHYA

Hurriyyet.az