📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəkidə 3 uşaq faciəvi şəkildə vəfat etdi - FOTO

2023-08-18 21:49:00

Şəkidə 3 uşaq faciəvi şəkildə vəfat etdi - FOTO

Şəkidə ağır yol qəzası baş verib.

Hurriyyet.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində "Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.