📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəkidə əməliyyat: İH-in şöbə müdiri həbs edildi

2025-03-13 14:25:12

Şəkidə əməliyyat: İH-in şöbə müdiri həbs edildi

Şəkidə məmur saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov dələduzluqda ittiham olunur.

Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

T. Məmmədov şəhid ailələrinə qarşı dələduzluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

APA