📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəkidə maşınlar toqquşdu - Biri yanıb kül oldu+Fotolar

2026-10-09 20:26:07

Şəkidə maşınlar toqquşdu - Biri yanıb kül oldu+Fotolar

Şəkidə iki avtomobil toqquşub, biri yanıb.

Hurriyyet.net  xəbər verir ki, hadisə günorta saatlarında Şəkinin Küdürlü kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Cəsarət Ağalarova məxsus “QAZ-24” və 59 yaşlı Səfər Şabanova məxsus “Ford” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yanğın FHN-in Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo.az