📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəkidə qatar yük maşınını vurdu

2023-03-13 09:56:00

Şəkidə qatar yük maşınını vurdu

Şəkidə qatar yük maşınını vurub.

Hurriyyet.az-ın məlumatına görə, hadisə səhər saatıarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı xırdatutumlu yük maşınını vurub.

Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.