📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəkidə qəza oldu - Xəsarət alanlar var

2026-08-28 10:14:08

Şəkidə qəza oldu - Xəsarət alanlar var

Şəki rayonunda üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.media -nın  məlumatına götə, hadisə gecə saat 01 radələrində rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində avtomobildə olan Oğuz rayon sakinləri – 37 yaşlı Nurlan Elman oğlu Həsrətov, 37 yaşlı Musa Arzu oğlu Mirzəyev və 36 yaşlı Rahim Yaqub oğlu Salamov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların müayinə və müalicəsi hazırda xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.