📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəkidəki qətlin TƏFƏRRÜATI: kənddə müxtəlif evlərdə...

2023-10-26 22:08:54

Şəkidəki qətlin TƏFƏRRÜATI: kənddə müxtəlif evlərdə...

Şəkidə qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Hurriyyet.az xəbər verir ki Şəki rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 26-da Şəki rayon Mərkəzi xəstəxanasından rayon prokurorluğuna 1 nəfər şəxsin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu 1982-ci il təvəllüdlü Oğuz rayon sakini Asif Həşimovu öz avtomobilində bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.\\Pravda.Az