📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sel İstanbulda insan ölümlərinə səbəb oldu - VİDEO

2023-09-06 07:54:51

Sel İstanbulda insan ölümlərinə səbəb oldu - VİDEO

Hurriyyet.az xəbər verir ki, sentyabrın 5-də İstanbula yağan leysan yağışlar nəticəsində yaranan sellər iki nəfərin həyatını itirməsinə səbəb olub. Bu barədə məlumatı İstanbul valisi Davud Gül verib.

Vali deyib: “Bir kvadratmetrə 125 kq-a qədər yağıntı düşüb. 1 nəfər Başakşehir, 1 nəfər isə Küçükçekmece rayonunda həlak olub”.

Yağışın gətirdiyi sellər ən çox Başakşehir rayonuna zərbə vurub. Bəzi yerlərdə sel o qədər artıb ki, axın avtomobilləri aparmağa başlayıb. Əhaliyə evlərindən çıxmamaq tövsiyə olunur.

Hürr Tərcüman