Selcan Mahsudova hǝlledici mǝrhǝlǝdǝ
Çinin Nankin şǝhǝrindǝ keçirilǝn batut gimnastikası vǝ tamblinq üzrǝ 39-cu dünya çempionatından sevindirici xǝbǝrlǝr gǝlmǝyǝ davam edir.
Hurriyyet.net xəbər verir ki, bu gün batut gimnastikası üzrǝ qadınların fǝrdi proqramında yarımfinal mǝrhǝlǝsindǝ çıxış edǝn milli komandamızın üzvü Selcan Mahsudova uğurlu çıxışı ilǝ adını dünya çempionatının finalçıları sırasına yazdırıb.
Gimnastımız yarımfinalda 56.140 xal toplayaraq 6-cı pillǝdǝn final mǝrhǝlǝsinǝ yüksǝlib vǝ dünyanın ǝn güclü batut gimnastları arasında medallar uğrunda mübarizǝ aparmaq hüququ qazanıb.
S.Mahsudovanın ǝldǝ etdiyi nǝticǝnin diqqǝtçǝkǝn mǝqamlarından biri dǝ onun Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brayoni Peyci 6 pillǝ qabaqlayaraq finala vǝsiqǝ qazanması olub.
Kişilǝrin fǝrdi proqramında ölkǝmizi tǝmsil edǝn Maqsud Mahsudov isǝ yarımfinal mǝrhǝlǝsindǝ 37.850 xal toplayaraq mübarizǝni 20-ci pillǝdǝ başa vurub.
Xatırladaq ki, Selcan Mahsudova vǝ Maqsud Mahsudov dünya çempionatında qarışıq sinxron proqramda da uğurlu çıxış edǝrǝk final mǝrhǝlǝsinǝ yüksǝliblǝr. Belǝliklǝ, S.Mahsudova Nankindǝ hǝm fǝrdi, hǝm dǝ qarışıq sinxron proqramda final hǝyǝcanı yaşayacaq.
Dünya çempionatında Azǝrbaycan gimnastlarının mübarizǝsi davam edir.