📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Selçuk Bayraktar Qəzza xalqı üçün böyük məbləğdə vəsait ayıracaq

2023-10-20 10:32:05

Selçuk Bayraktar Qəzza xalqı üçün böyük məbləğdə vəsait ayıracaq

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Qəzzanın mülki əhalisi üçün 280 milyon lirə (təxminən 10 milyon dollar) humanitar yardım etməyə hazır olduğunu bildirib.

O, bu barədə öz “X” hesabında video paylaşıb.

“Biz “Baykar” olaraq Qəzza xalqı üçün 280 milyon lirəlik humanitar yardım etməyə hazırıq. Beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir və təcili olaraq bölgədə sülh və ədaləti bərqərar edilməlidir”, - deyə Selçuk Bayraktar vurğulayıb.