Selçuk Bayraktardan Zəfər günü paylaşımı: “Dursa qarşımda bütün cahan..."
2022-11-08 15:35:00
Türkiyənin “Baykar” müdafiə sənayesi şirkətinin idarə heyətinin sədri Selçuk Bayraktar Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.
Hurriyyet.az xəbər verir ki, Bayraktarın sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub:
“Dursa qarşımda bütün cahan, vermərəm öz torpağımdan".
Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının 2-ci ildönümü mübarək olsun. Müqəddəs şəhidlərimizin ruhu şad olsun”.