Seldə hərəkət etmək üçün bu üsula əl atdı - Video
2026-10-28 12:39:23
Türkiyənin Mersin şəhərində güclü leysandan sonra küçələri su basıb.
Hurriyyet.net “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Tarsus rayonunda sakinlərdən biri sel suları ilə dolan küçədə hərəkət etmək üçün qeyri-adi üsula əl atıb.
Belə ki, orta yaşlı həmin şəxs “bubble soccer”də istifadə olunan şişmə şəffaf şarla küçədə üzməyə cəhd edib. Onun bu hərəkəti ətrafdakı şəxslər tərəfindən lentə alınıb.
Həmin görüntülər isə sosial şəbəkələrdə maraqla qarşılanıb.