📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səlim Müslümovun “sağ əli” də hakim qarşısına çıxır

2023-11-29 17:23:26

Səlim Müslümovun “sağ əli” də hakim qarşısına çıxır

Tanınmış iş adamı İsgəndərov Cavanşir Əşrəf oğlu məhkəməyə verilib.

Hurriyyet.az -ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi C. İsgəndərovla bağlı iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər - lizinq müqaviləsi üzrə mübahisələrdir.

İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, C. İsgəndərovun 2010-2014-cü illərdə Xətaidə sosial təminat şöbəsinin - “sobes”in müdiri olduğu, həmçinin ferma, restoran, ticarət obyekti və MTK-lara sahib olduğu deyilir. 

Mətbuatda iş adamının vaxtilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “sağ əli” olduğu yazılır.