📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səmada 2 günəş doğdu - FOTO

2023-12-05 21:32:18

Səmada 2 günəş doğdu - FOTO

Türkiyənin Hakkari bölgəsində çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə böyük müzakirələr səbəb olub.

Hurriyyet.Az xəbər verir ki, Hakkaridə vətəndaşlardan biri nadir baş verən meteoroloji hadisəni çəkib. Belə ki, səmada iki günəşin əks olunduğu görünüb.

“Saxta günəş” adlanan bu təbiət hadisəsinin nadir hallarda baş verdiyi məlumdur. Hamza Akkurt adlı vətəndaş bunun görüntülərini çəkib və sosial şəbəkələrdə paylaşıb. Sonradan fotolar yayılıb və “səmada 2 günəş doğdu” başlığı ilə yayılmağa başlayıb. Hətta bu nadir hadisə mətbuatda da yayımlanıb.

Həmin fotoları təqdim edirik:

 


BAKU.WS