Səmayə Məmmədovaya nazirlikdə vəzifə verildi
2022-05-17 13:58:00
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb.
Onun hansı vəzifəyə təyinat aldığı isə hələ tam dəqiqləşməyib.
Hurriyyet.az xəbər verir ki, məlumatı "Qafqazinfo”ya nazir Emin Əmrullayev də təsdiq edib: "Bəli, o, hazırda bizdə işləyir”.