📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səmayə Məmmədovaya yeni vəzifə verildi

2021-07-12 16:10:00

Səmayə Məmmədovaya yeni vəzifə verildi

Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədova Bakı Nəqliyyat Agentliyində (BNA) işə başlayıb.

Bu barədə o, özü məlumat verib.

“Gənclər və İdman Nazirliyindən ayrıldıqdan sonra bu qədər təklif və dəvət alacağım ağlıma belə gəlməzdi. Mənimlə əməkdaşlıq etmək arzusunda olan bütün qurumlara sonsuz təşəkkürümü bildirirəm. Verdiyiniz dəyər və göstərdiyiniz diqqət üçün çox minnətdaram! Seçimim, BNA oldu. Bu qurumda fəaliyyətimi hamımızın sevimlisi Mais Ağayevlə çiyin-çiyinə davam etdirəcəm. Bundan sonrakı fəaliyyətimizdə qurumun PR məsələlərinə mən rəhbərlik edəcəm. Mais Ağayev isə hər zaman olduğu kimi Mətbuat katibi funksiyalarını davam etdirəcək”, - deyə o, qeyd edib.