📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səməd Seyidov müşavir təyin edildi

2024-08-01 11:05:42

Səməd Seyidov müşavir təyin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom MMC-nin İdarə Heyətinin Sədrinə yeni müşavir təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu vəzifəyə Səməd Seyidov gətirilib.

O, buna qədər qurumun Keyfiyyət Təminatı Departamentinin direktoru olub.

Qeyd edək ki, Səməd Seyidov Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəm Seyidovun oğludur. (APA)