Səmərqənd IX Dünya Türk Tibb Konqresinə ev sahibliyi edəcək
2023-08-10 15:27:00
Səmərqənd Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin görüşünə hazırlaşır.
Avqustun 15-17-də Səmərqənddə IX Dünya Türk Tibb Konqresi keçiriləcək. Burada TDT-na üzv ölkələrin səhiyyə nazirləri və müşahidəçilər, həmçinin diplomatik korpusun nümayəndələri, aparıcı tibb universitetlərinin rektorları, iri əczaçılıq və tibb şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
İclas iştirakçıları səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.
Ülviyyə, Hurriyyet.az