📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə 67 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

2026-10-28 22:17:03

Şəmkirdə 67 yaşlı kişi bıçaqlandı - Şübhəli qonşusudur

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

İlkin məlumata görə, hadisədə şübhəli onun qonşusu 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılovdur.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində S. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.