📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə ailələr arasında dava düşdü - Xəsarət alanlar var

2023-03-11 23:02:00

Şəmkirdə ailələr arasında dava düşdü - Xəsarət alanlar var

Şəmkirdə ailələr arasında mübahisə düşüb, xəsarət alanlar var.

Hurriyyet.Az xəbər verir ki, hadisə Şəmkir rayonu, Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakinləri, 1996-cı il təvəllüdlü C.Şahbazov, 1997-ci il təvəllüdlü B.Şahbazov, 1960-cı il təvəllüdlü A.Sədirov, 1970-ci il təvəllüdlü A.Sədirov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib və palataya köçürülüblər.

Faktla bağlı araşdırma aparılır. \\Redaktor.Az