📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə avtomobil aşdı: ölən var

2023-08-07 14:34:00

Şəmkirdə avtomobil aşdı: ölən var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hurriyyet.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.