📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə azyaşlı qız əməliyyatdan sonra öldü

2026-08-29 15:17:01

Şəmkirdə azyaşlı qız əməliyyatdan sonra öldü

Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

TƏBİB-dən Modern.az-a bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.