📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

2024-01-05 16:43:54

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb

Şəmkirdə dəmir yolu xəttində silah-sursat aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibrli avtomat patronları aşkar olunub.

Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam etdirilir./oxu.az/