📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə əməliyyat keçirildi, vəzifəli şəxs tutuldu

2022-08-12 14:10:00

Şəmkirdə əməliyyat keçirildi, vəzifəli şəxs tutuldu

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkirdə əməliyyat keçirib.

Əməliyyat çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı “Qafqazinfo”ya təsdiq ediblər.

Bildirilib ki, əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.