📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə evdə partlayış: ana və qızı xəsarət aldı

2024-12-14 10:10:19

Şəmkirdə evdə partlayış: ana və qızı xəsarət aldı

Şəmkir rayonunda evdə baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Hadisə nəticəsində ev sahibi 1985-ci il təvəllüdlü Şəhla Əmirova və onun qızı, 2005-ci il təvəllüdlü A.Əzizova xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb, qadının vəziyyəti orta-ağır qiymətləndirilir, qızı isə yüngül bədən xəsarətləri alıb.

Əraziyə hüquq mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.