Şəmkirdə evdə partlayış olub: Xəsarət alan var
2024-02-10 09:13:56
Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub.
Hurriyyet.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.rtlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
Partlayışda qəsəbə sakini, 2003-cü il təvəllüdlü Nahid Həsənov yanıq xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.