Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
2022-04-23 20:16:00
Şəmkirdə iki avtomobil toqquşub.
"VAZ" və digər minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birində olan sərnişin, 1987-ci il təvəllüdlü X.Qarayev və "VAZ" markalı avtomobilin sürücüsü xəsarət alıb. X.Qarayev xəstəxanaya yerləşdirilib.
"VAZ" markalı avtomobilin sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb. \\Report