📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub

2026-11-23 11:16:52

Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub

Şəmkirdə vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal edilən şəxslə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın məlumatına görə, rayonun Ağdağlar adlanan ərazisində meyiti tapılan 1983-cü il təvəllüdlü İlqar Məmmədov Gədəbəy rayonunun Düzyurd kənd sakinidir. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Ehtimal edilir ki, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.