📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

2026-08-22 15:41:57

Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayev idarə etdiyi 05-BJ-757 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz Vito" markalı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən qadın piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Aparılan istintaq tədbirləri zamanı piyadanın şəxsiyyəti müəyyən edilib.

Ölən şəxs 1972-ci il təvəllüdlü Şəmkir rayonu Mahmudlu kənd sakini Təravət Azad qızı İsrafilovadır.

Faktla bağlı araşdırma aparılır.