📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə polis yol qəzasında həlak oldu

2022-06-04 09:14:00

Şəmkirdə polis yol qəzasında həlak oldu

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.