📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə vəzifəli şəxs vəfat etdi - Foto

2026-11-09 22:23:00

Şəmkirdə vəzifəli şəxs vəfat etdi - Foto

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tariyel Məmmədov 77 yaşında vəfat edib.

Hurriyyet.net  xəbər verir ki, o, 1994-2014-cü illərdə sözügedən vəzifədə çalışıb.

T. Məmmədov bu müddətdə Şəmkirin keçmiş icra başçıları Aslan Aslanov (1993-2005) və Nazim Veysovun (2005-2014) birinci müavini olub.

Qeyd edək ki, T. Məmmədov 2006-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.