📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sənani Bağırov yeni vəzifəyə təyin edildi

2024-08-24 15:14:01

Sənani Bağırov yeni vəzifəyə təyin edildi

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC-yə yeni direktor təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu, Sənani Bağırovdur.

O, müəssisənin rəhbərliyində Sabir Abbasovu əvəz edib.

Xatırladaq ki, "İqlim Elmi-İstehsalat Müəssisəsi" Müdafiə Sənayesi Nazirliyinə məxsus "İqlim" Bakı Aviasiya İstehsalat Birliyinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 132 690 279 manatdır.

Report.az