📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Senat ABŞ-ın Çindəki yeni səfirini təsdiqlədi

2025-04-29 23:02:02

Senat ABŞ-ın Çindəki yeni səfirini təsdiqlədi

ABŞ Senatı Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Perdunun namizədliyini 67 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.

Perdue 2015-2021-ci illərdə Corciya senatoru vəzifəsində çalışıb. Bundan əvvəl o, "Reebok" və "Dollar General" kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Sahibkar həmçinin bir neçə il Sinqapurda "Gitano Group"nun idarəedici direktoru vəzifəsində çalışıb və "Sara Li" Korporasiyasının Honq Konqdakı filialında işləyib.