📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Senat Baydenin namizədini təsdiqlədi – Ankaraya göndəriləcək səfirin kimliyi bəlli oldu

2021-10-27 15:55:00

Senat Baydenin namizədini təsdiqlədi – Ankaraya göndəriləcək səfirin kimliyi bəlli oldu

Hurriyyet.az CNN Türk kanalına istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin Amerikanın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərdiyi Ceff Fleykin namizədliyi 20 oktyabr tarixində Senatın Baş Şurasında təsdiqlənib. Onun yaxın zamanda ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi əvəzləməsi gözlənilir.

Ceff Fleyk 2013-2019-cu illərdə Demokratlar Partiyasının üzvü olaraq ABŞ Senatında Arizona ştatından senator seçilib, 2001-2013-cü illər arasında Nümayəndələr Palatasının üzvü olub. 2019-cu ildə Prezident D.Trampın iqtidarı və Respublikaçılar partiyasının siyasəti ilə uzlaşmadığına görə, Senatdan təqaüdə çıxıb. Təqaüddə olduğu zaman Trampın tənqid edildiyi “Bir mühafizəkarın vicdanı” adlı kitab yazıb.

 

Hürr Tərcüman