📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Senator: İkinci 11 Sentyabr baş verə bilər

2021-08-30 09:14:00

Senator: İkinci 11 Sentyabr baş verə bilər

ABŞ-ın Əfqanıstandan çıxması ölkədə 11 sentyabr kimi terror hücumu təhlükəsi yaradır.

HURRİYYET.az xəbər verir ki, bunu senator Lindsi Qrehem deyib.

O qeyd edib ki, ABŞ minlərlə müttəfiqini Əfqanıstanda buraxıb:

"Müttəfiqlərimizə arxa çevirdik və 11 sentyabrın daha bir şəraitini yaratdıq. Vətənimizə edilən hücumdan indiki qədər heç vaxt narahat olmamışam".

O, Amerikanın Əfqanıstandakı müharibəni qoşunların çıxarılması ilə sonlandıracağını söyləyən ABŞ Prezidenti Co Baydenə də cavab verib:

"Biz bu savaşı bitirməmişik. Bayden gələcək prezidentlərin işini daha da çətinləşdirdi".