Senatorlar Obamanın Dövlət Departamentini İrana yardım etməkdə ittiham ediblər
Senatorlar Obama administrasiyası dövrünün Dövlət Departamentini İrana yardım etməkdə ittiham ediblər. Belə ki, Respublikaçı senatorlar Çak Qrassli və Ron Conson dövlət katibi, FTB direktoru və baş prokurordan Baydenin vitse-prezident olduğu Obama administrasiyasının FTB-nin Birləşmiş Ştatlarda İranın nüvə proqramını maliyyələşdirən insanları həbs etməsinə icazə vermədiyinə dair məlumata dair izahat vermək tələbilə müaciət ediblər.
Senatorların məxfi olmayan mənbələrdən əldə etdikləri bu məlumata görə, Con Kerrinin başçılığı ilə Dövlət Departamenti işə qarışaraq FTB-nin İranın nüvə proqramının və İranda digər gizli silah layihələrinin qeyri-qanuni maliyyələşdirilməsində iştirak edən bir neçə nəfərin həbsinə dair orderlərin icrasına mane olub. Bunu “Fox News” xəbər verir.
Obama administrasiyası İran rejiminin razılaşmalara əməl edəcəyinə ümid edərək, nüvə sazişində razılığa gəlmək üçün İrana güzəştə getməyi zəruri hesab edib.
Ülviyyə, Hurriyyet.az