Senatorlardan Baydenə: Tankları tez göndərin!
2022-03-05 09:00:00
ABŞ senatorları Prezident Co Baydenə Polşaya tank və digər silahların tədarükünü sürətləndirmək üçün müraciət edib.
Hurriyyet.az xəbər verir ki, bir qrup senator 6 milyard dəyərində “Abrams” tankları və digər silahların tədarükünün tez bir zamanda göndərilməsinin labüd olduğunu bildiriblər.
“Sizdən xahiş edirik: Dövlət Departamentinə və Pentaqona dərhal göstəriş verəsiniz ki, bu tankların və digər hərbi texnikanın Polşaya mümkün qədər tez çatdırılması üçün bütün mümkün addımları atsınlar”, - senatorların müraciətində qeyd olunub.