📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Səni axtarıram”da Nuray üçün başladılan kampaniyada 500 min yığıldı - VİDEO

2022-04-26 00:02:00

“Səni axtarıram”da Nuray üçün başladılan kampaniyada 500 min yığıldı - VİDEO

“ARB” telekalanalında yayımlanan “Səni axtarıram” verilişinə gələn leykoz xəstəliyindən əziyyət çəkən Əmirli Nuray Zəka qızının əməliyyatı üçün 70 min dollar lazım olduğu barədə məlumat vermişdik. Xoşqədəm Hidayətqızının verilişində Nurayın rəqsi hər kəsi duyğulandırmışdı. Tanınmış aparıcı Nurayın əməliyyatı üçün lazım olan məbləği toplamaqla bağlı kampaniya başlatmışdı.

Bu günkü canlı yayımda Xoşqədəm Hidayətqızı kart hesabında problemlər olsa da rekord məbləğdə pul yığıldığını bildirib. Belə ki, bir gün ərzində 500 min manat toplanıb. Aparıcı bütün tamaşaçılara təşəkkür edərək, 10 uşağın əməliyyatı üçün 1 milyon manat lazım olduğunu və bu məbləğin də yığılacağına ümid etdiyini qeyd edib.

 

Ucnoqta.az