📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şenol Güneş "Neftçi" üzərində qələbədən sonra Türkiyə futbolunun tarixinə düşüb

2023-08-11 23:14:00

Şenol Güneş

"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Bakıda "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Türkiyə futbolunun tarixinə düşüb.

Çalışdırıcı kimi avrokuboklarda 41-ci matçına çıxan 71 yaşlı mütəxəssis 20-ci qələbəsini qazanıb.

Güneş bu göstərici ilə hazırda klubsuz olan "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terimin rekordunu təkrarlayıb.

Qeyd edək ki, "Beşiktaş"la "Neftçi" arasında cavab görüşü avqustun 17-də İstanbulda olacaq. \\Report.Az