📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şenol Günəşin əsas hədəfi "Fənərbağça"lı futbolçudur

2022-10-29 20:36:00

Şenol Günəşin əsas hədəfi

Bugünlərdə yenidən "Beşiktaş" klubunun baş məşqçisi olan Şenol Günəş artıq sərəncamında görmək istədiyi futbolçulardan birini müəyyənləşdirib.

"Qara qartallar"ın 70 yaşlı çalışdırıcısı "Fənərbağça"nın gənc yarımmüdafiəçisi Arda Gülərin transfer edilməsini istəyir.

O, 17 yaşlı futbolçunu qışda öz sərəncamında görmək niyyətindədir.

Artıq qarşı tərəfə təklif göndərildiyi də bildirilir.

Qeyd edək ki, Arda Gülər 2021-ci ildən "Fənərbağça"da çıxış edir. \\Fanatik