Şentop səlahiyyətlərini Baxçalıya təhvil verdi
2023-06-02 14:48:00
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop səlahiyyətlərini Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya təhvil verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.
Baxçalı TBMM-ə yeni sədr seçilənə qədər müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.
qafqazinfo.az